Abdullahian HƏMAS lideri ilə danışdı

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı görüşü baş tutub.

Zafer Tv axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər “İsrailin cinayətlərinin dayandırılması üçün lazım olan tədbirləri” müzakirə ediblər.

Bildirilib ki, Abdullahian həmçinin “İslami Cihadı”nın rəhbəri Ziad Nəxali ilə də danışıb.