İranda zəlzələ: Naxçıvanda da hiss olundu

İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub.

Zafer Tv xəbər verir ki, yerli vaxtla saat 10:06-da İranın Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

Maqnitudası 3,2, dərinliyi isə 92 km olan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.