“Zəfər tarixi” ikinci Esse olimpiadasının təltif və təbrik mərasimi keçirildi- FOTO

“Zəfər tarixi” ikinci Esse olimpiadasının 24 finalçı məktəblilərini 21.10.2023-cü il tarixində New Baku Hoteldə təltif və təbrik etdik.

Birinci Olimpiadada olduğu kimi, İkinci Olimpiadada da nə qədər istedadlı gül balaları aşkar etdik.
Dörd saatdan artıq davam edən tədbir olduqca maraqlı və yadda qalan keçdi.
Ağıllı, bilikli, yüksək tərbiyəli məktəblilərlə birlikdə tədbirə qatılan bütün valideynlərə, müəllimlərə səmimi qəlbdən təşəkkür edirik.

Xüsusilə, tədbirə şəxsən qatılıb öz məktəbini təmsil edən istedadlı şagirdlərinə dəstək olan həmkarım, 226 nömrəli tam orta məktəbin direktoru Arzu xanım Məmmədovaya səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
Qeyd edim ki, tədbirdə məlum oldu ki, Arzu xanım Şəhid anasıdır.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şaddır onsuz, məkanları cənnət.
“Zəfər tarixi” Esse Olimpiadasının növbəti, üçüncü sayında görüşmək ümidi ilə!

“Zəfər tarixi” Esse olimpiadasının təşkilinə, gənc istedadların aşkar olunmasına, uşaqları Vətənpərvər ruhda inkişaf etdirilməsinə, biliyə, təhsilə, mütaliəyə marağın artırılmasına, fikirlərini yazı şəklində ifadə etmək səriştələrinin artırılmasına dəstək olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və Agentliyin bütün heyətinə Bakı İnsan hüquqları Məktəbi İctimai Birliyi, Layihəyə qatılan məktəblilər, onların valideynləri, müəllimləri və məktəb rəhbərliyi adından təşəkkür edirik.

Bir daha xatırladaq ki, Esselərin toplanması prosesi 15.09.2023-ci il tarixədək müəyyən olunmuşdur.
Qeyd olunan emeyıla 1000 yaxın Esse daxil olmuşdur, bu səbəbdən Esselərin yoxlanılması prosesi bir ay çəkmişdir.

Bütün esselər Münsiflər Heyəti tərəfindən diqqətlə yoxlanılıb, esselərin məzmun, orfoqrafiya, qrammatika, leksika, fonetika, məntiq, stilistika, səmimiyyət, antiplaqiat səviyyələri müəyyən olunub, bir neçə mərhələli müzakirələrdən və təkrar yoxlamalardan sonra 24 finalçı seçilmişdir.

Qeyd edək ki, “Zəfər tarixi-2’ Esse Olimpiadası ötən il olduğu kimi, bu il də Azərbaycan məktəblilərinin böyük marağına səbəb olmuşdur.

Hesab edirik ki, Azərbaycan təhsil sistemində mövcud olan testyönümlülük şagirdlərdə fikirlərini sərbəst ifadə etmək kimi səriştələri zəiflədir, yazı qabiliyyətini inkişaf etdirmir.

Dövlət İmtahan Mərkəzi tərəfindən IX siniflərin buraxılış imtahanlarında Esse mərhələsinin tətbiq edilməsi olduqca vacib və təqdirə layiq qərar idi.

Odur ki, layihəmizin əhəmiyyəti, təhsil sisteminə, yetişən məktəblilərə, gəncliyə dəstəyi və faydası olduqca böyükdür.

Layihəmiz, habelə, gənc istedadları aşkar etməyə, uşaqlarda biliyə, elmə, təhsilə motivasiya yaratmağa, vətənpərvərlik hisslərini yazılı şəkildə ifadə etməyə şərait yaradır.

Layihəmizə dəstək verən hər bir təhsil rəhbərinə, məktəb direktoruna, müəllimə, valideynə, təhsil işçilərinə, hər kəsə səmimi qəlbdən təşəkkür edirik.

Hər birimiz anlayır ki, istənilən bilik, təhsil müsabiqəsinə nə qədər çox uşaq, məktəbli cəlb etsək, o qədər təhsil irəli gedər, cahillik arxa plana keçər, uşaqlar zərərli işlərdən, mənasız vaxt keçirmələrdən uzaq olarlar.

Əlavə olaraq qeyd edirik ki, final mərhələsinə keçməyən məktəblilərə iştirakçı Diplomlar veriləcək.
Bütün qalibləri təbrik edirik

Diqqətinizə və anlayışınıza görə təşəkkür edirik.

Hörmətlə,
hüquq üzrə fəlsəfə doktoru
Azər Ələkbərov  

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 9 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər

Bir 6 nəfər, uşaq oyuncağı və mətn şəkili ola bilər

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 4 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 3 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 5 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 6 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 4 nəfər, xəstəxana və mətn şəkili ola bilər

Bir 4 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 3 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

Bir 3 nəfər, gülümsəyən insanlar və mətn şəkili ola bilər

Bir 3 nəfər və mətn şəkili ola bilər

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 9 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər

Bir 8 nəfər, dərs oxuyan insanlar və uşaq oyuncağı şəkili ola bilər

Bir 8 nəfər və mətn şəkili ola bilər

Bir 10 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər