Qəzzada 105 jurnalist həlak olub

İsrail ordusu oktyabrın 7-dən Qəzzaya həyata keçirdiyi hücumlar nəticəsində 105 jurnalisti qətlə yetirib.

Zafer Tv Newscenter.az-a istinadən bildirir ki, bu barədə məlumatı Fələstin Hökumətinin Səhiyyə Nazirliyi verib.

Açıqlamada bildirilib ki, qətlə yetirilən jurnalistlər müxtəlif yerli və beynəlxalq KİV-lərin əməkdaşarı olub. Bundan başqa İsrail ordusunun hədəfinıə tuş gələn jurnalistlər arasında xarici ölkə vətəndaşları olan beynəlxalq jurnlaistlər də olub.

Qeyd edək ki, İsrailin Qəzzaya qarşı başladığı əməliyyat 83 gündür davam edir.