Zibillikdə “Mercedes-Benz” tapıldı – FOTOlar

“Mercedes-Benz”in 2020-ci ildə təqdim etdiyi “My MBUX” konsepti ABŞ-də zibillikdə atılmış vəziyyətdə tapılıb.

Zafer Tv oxu.az-a istinadən bildirir ki, kapsul “Mercedes-Benz” avtomobillərində quraşdırılmış MBUX media sisteminin imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu. O, “S-Class” da daxil olmaqla dəbdəbəli “Mercedes” sedanlarında olan avtomobil oturacaqları, sensor ekranları və digər interyer xüsusiyyətlərinə malikdir.

Sükanı çıxarılan avtomobil Atlanta yaxınlığında aşkar edilib. O, təkrar emalı zavodunun tullantıları olan ərazidə tərk edilib.

Məqaləyə dair fotomateriallar: