Vladimir Putin: “Rusiya Ukraynaya qarşı azı beş il də döyüşəcək”

Rusiya Ukraynaya qarşı azı beş il də döyüşəcək.

Zafer Tv “Report”a istinadən xəbər verir ki, Yaponiyanın məşhur “Nikkei Asia” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mart ayında Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Moskvada görüşdə bildirib.

Qəzet son sayında iki ölkə liderinin görüşünə dair geniş təhlil dərc edib. Məqalədə qeyd olunub ki, V.Putin və S.Cinpin Ukrayna müharibəsini də müzakirə ediblər.

Məlumata görə, Rusiya lideri həmin görüşdə müharibədə əvvəl-axır qalib gələcəklərini də əminliklə vurğulayıb.

Qeyd edək ki, Çin lideri Si Cinpin bu il martın 20-də Moskvada səfərdə olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.