Səudiyyə Ərəbistanında yeni qızıl yataqları aşkarlanıb

Səudiyyə Ərəbistanı ölkədə yeni qızıl yataqlarının tapıldığını açıqlayıb.

Zafer Tv bu ölkənin Mədən Şirkətinə (Maaden) istinadən bildirir ki, paytaxt Ər-Riyadın qərbində, Mansura-Massara qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqları tapılıb.

Maaden şirkəti tərəfindən verilən açıqlamada, bunun şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsində ilk kəşf olduğu bildirilib.

Qeyd edək ki, “Mənsurə-Məssərə qızıl ehtiyatlarının həcmi 2023-cü ilin sonuna qədər təqribən 7 milyon unsiyaya çatıb. Yeni kəşfdən əvvəl isə illik istehsal gücü 250 min unsiya olub.\\newscenter.az\\