Ermənistanda bu nazirlikdə axtarışlar aparılır – Nazir müavini SAXLANILDI

Ermənistan İqtisadiyyat Nazirliyində və işçilərin evlərində axtarışlar aparılır.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 15-dən çox yerdə axtarışlar aparılır.

Qeyd edək ki, Ani İspiryan yanvarın 30-da Nikol Paşinyanın qərarı ilə Ermənistanın iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

168.am-ın məlumatına görə, o, Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

.Xatırladaq ki, Ani İspiryan 2021-ci il sentyabrın 14-dən iqtisadiyyat nazirinin müavini vəzifəsini tuturdu.