Ermənistanda həbslər başladı

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi yüksək rütbəli məmurların həbsini həyata keçirib.

Zafer Tv Newscenter.az-a istinadən bildirir ki, həbs edilənlərdən biri Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryandır.

Bundan başqa İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiyaları İdarəsinin rəisi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Hər iki şəxsin dövlət əmlakını talama, mənimsəmə və korrupsiya cinayətlərinə yol verməkdə ittiham olunduğu bildirilir.

Qeyd edək ki, bu gün Ermənistan MTN İqtisadiyyat Nazirliyinin binasında axtarış-əməliyyat tədbirləri həyata keçirib.f