Revmatik xəstəliklərlə bağlı terapevtdən mühüm AÇIQLAMA

“Revmatik xəstəliklər müxtəlif gedişat və proqnozlara malikdir. Bu gedişat bir çox amildən asılıdır”.

Zafer Tv xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə bu amillər arasında xəstəliyin növü, erkən diaqnoz və müalicəsi ilə yanaşı, xəstələrin təlimatlandırılması və xəbərdar edilməsi də var:

“Xəstələr tez-tez oynaq ağrısı şikayətləri ilə müraciət etsələr də, bu yalnız görünən tərəfidir. Bununla belə, revmatik xəstəliklər ürək, ağciyər, böyrək, sinir sistemi kimi daxili orqanların tutulması ilə nəticələnmə ehtimalı var. Nəfəs darlığı, öskürək ağciyər tutulmasının ilk əlamətləri ola bilər. Sinə ağrısı, sürətli ürək döyüntüsü ürək tutulmasının simptomları kimi qiymətləndirilir. Hipertoniyaya, böyrək çatışmazlığına qədər nəticələnən böyrək tutulması müşahidə edilə bilər. Həmçinin, baş ağrısı, unutqanlıq, epilepsiya, əllərdə və ayaqlarda uyuşma, qarışqalanma, zəiflik sinir sisteminin tutulmasının bəzi əlamətləridir”.