Xankəndi məktəbindəki yazı ermənilərin gerçək simasını göstərir

Ermənilərin qeyri-insani, vandal əməlləri özünü hər addımda göstərir. Budur, erməni irqçiliyini, erməni faşizmini ifşa edən daha bir nümunə.

Xankəndidəki məktəblərdən birinin dəhlizindəki divarda Azərbaycan xalqına, türk millətinə qarşı barışmaz nifrəti əks etdirən “We hate Turkish” (“Biz türklərə nifrət edirik”) şüarının yazıldığı aşkar edilib. Bu şüar, bu yazı ermənilərin gerçək simasını göstərir.

Bu cür rasist, ultramillətçi səpkili yazıları Azərbaycanı ermənilərə qarşı “etnik təmizləmə”də ittiham edən, ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə çağıran ermənipərəst Avropa Parlamentinin irqçi deputatlarının gözlərinə soxmaq lazımdır.

Bu kimi real faktlar onu göstərir ki, ksenofobiyadan, türkəfobiyadan əziyyət çəkən, Eçmiədzin kilsəsinin millətçi, anti-Azərbaycan çağırışları ilə beyinləri zəhərlənmiş ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması doğrudan da çox çətin məsələdir. Bunun üçün uzun zaman və ciddi filtrasiya tələb olunur. Azərbaycan yurisdiksiyasını qəbul edərək Qarabağda yaşamaq istəyən hər bir erməni bütün müvafiq hüquqi prosedurlardan keçməklə yanaşı, həm də ideoloji və psixoloji baxımdan test olunmalıdır. İrqçi təfəkkürün, separatçı meyllərin daşıyıcısı olan fərdlərin bizimlə bir cəmiyyətdə yaşamaq hüququ olmamalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri