Toivo Klaarın Azərbaycan mətbuatına qarşı senzura mövqeyindən çıxış etməsi qəbuledilməzdir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi həm diplomatik, həm də siyasi səciyyəli vəzifədir. Odur ki, belə bir yüksək məsuliyyətli posta təsadüfi adamlar, diletantlar təyin edilməməlidir. Lakin görünən budur ki, Aİ-nin başbilənləri sözügedən vəzifəyə tamamilə təsadüfi bir adamı təyin ediblər. Belə ki, Aİ-nin Cənubi Qafqaz üzrə hazırkı xüsusi nümayəndəsi Toivo Klaar birmənalı olaraq diplomatiyadan, geosiyasətdən bixəbər bir avroçinovnikdir.

T.Klaarın növbəti dəfə qərəzli bəyanatla çıxış edərək Ermənistanın qeyri-konstruktiv siyasəti ilə bağlı yazılar dərc edən, şərhlər verən Azərbaycan mətbuatını ittiham etməsi və Azərbaycanın bir sıra kəndlərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanması faktını qınamaq əvəzinə, bunu “ərazi mübahisəsi” kimi qiymətləndirməsi onu göstərir ki, ya bu adam həqiqətən də yerində deyil, yadaki əksər avroparlamentarilər, avrobürokratlar kimi T.Klaar da erməni lobbisi tərəfindən satın alınıb.

Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin özünü Ermənistan üzrə xüsusi nümayəndə kimi aparması absurddur. Aİ rəsmisinin ümumiyyətlə, Azərbaycan mediasına yol göstərmək ixtiyarı yoxdur. Toivo Klaarın Azərbaycan mətbuatına qarşı senzura mövqeyindən çıxış etməsi qəbuledilməzdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri