İsveçrə bankları rusların hesablarını bağlayır

İsveçrə bankları Rusiya pasportu olan şəxslərə xidmət göstərməyi dayandırır.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti” saytı məlumat yayıb.

Saytın yazdığına görə, problem UBS və “Credit Suisse”nin ikili vətəndaşlığı olan bir neçə müştərisi arasında yaranıb. Bu insanlar İsveçrədə vergi ödəyirlər və Rusiya Federasiyasından gəlir əldə etmirlər, üstəlik, orada vergi öhdəlikləri də yoxdur. Bundan əlavə, Rusiya pasportunu saxlayan bir neçə İsrail vətəndaşı İsveçrədə hesab açmaq imkanından məhrum edilib.

İsveçrə rəsmiləri 2023-cü ilin sonlarında sanksiyaların təsirinə məruz qalan rusların ölkə banklarında pul gizlətmələrini dayandırmaq üçün kifayət qədər iş görmədiklərinə görə tənqid atəşinə tutulub. Bundan sonra yerli hakimiyyət hərəkətə keçib.

Rusların İsveçrə banklarına pul qoymasının qarşısını almaq üçün ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) sanksiyaların həyata keçirilməsi məqsədilə ekspert komissiyası təyin edib.