Birləşmiş Ştatlara terror hücumu ola bilər – general XƏBƏRDARLIQ etdi

“ABŞ rəsmiləri İŞİD silahlılarının bəyanatlarına qulaq asmalıdır, çünki onlar yaxın gələcəkdə Amerika şəhərlərinə hücumlar təşkil edə bilərlər”.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, bu xəbərdarlığı ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri, general Kennet Makkenzi edib.

Onun sözlərinə görə, ABŞ qüvvələri Əfqanıstandan çıxarılandan sonra terror aktı ehtimalı artıb. Generalın sözlərinə görə, 2021-ci ildə Ağ Ev administrasiyası öz vətəndaşlarını qorumaq üçün respublika ərazisində ən azı 2,5 min amerikalı əsgər saxlamalı idi.

Xatırladaq ki, 2020-ci ilin fevralında ABŞ və “Taliban” arasında müttəfiq qoşunların Əfqanıstandan çıxarılmasına dair saziş imzalanıb.