Köçəryanın mühafizə rəisinin oğlu Qarabağda yüksək vəzifəyə gətirilir…

Xankəndindəki bəzi dairələr Ermənistanda keçiriləcək seçkiləri  Qarabağdakı separatçı xunta üçün son şans hesab edirlər…

Azərbaycan torpaqlarındakı qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində müxalifətə tərəf reverans etməyə  başlaya bilər.

Zafer Tv xəbər verir ki,  bu haqda işğalçı ölkənin “Qraparak” qəzeti yazıb.

Nəşr separatçı rejimin “dövlət naziri” sayılan Qriqori Martirosyanın artıq istefa etdiyini və Araikin bu vəzifəyə özünün xaç oğlu keçmiş “ombudsman” Artak Beglaryanı deyil, Ermənistanın terrotrçu eks-prezidenti Robert Köçəryanın ailəsinə yaxın olan hazırkı qanunsuz “daxili işlər naziri” Karen Sarkisyanı təyin edəcəyini xatırladır.

Xatırladılır ki, Karen Sarkisyan Köçəryanın mühafizə xidmətinin rəhbəri Qriqori Sarkisovun oğludur. Xankəndindəki bəzi dairələr Ermənistandakı parlament seçkilərinin Qarabağdakı erməni xuntasını xilas etmək üçün son şans olduğuna inanırlar.//moderator//