Xəzərdəki hadisənin detalları barədə açıqlama: 1945-ci ildə…

Ötən gün baş verən vulkan yerli saatla 21:51-də Daşlı adanın strukturuna yaxın ərazidə püskürüb.

Zafer Tv xəbər verir ki, bunu Respublika Seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişli ötən gün Xəzər dənizində partlayan palçıq vulkanı ilə bağlı danışarkən deyib. O bildirib ki, bu ada vaxtilə orada olan vulkanların püskürməsindən əmələ gəlib:

“Bu vulkan çoxdandır püskürmürdü. Tarixi məlumata görə, sonuncu dəfə bu vulkan 1945-ci ildə püskürüb. Xəzər dənizində çoxlu sayda palçıq vulkanları var. Bunlar mütəmadi olaraq istər quruda, istərsə də dənizdə baş verir. Ötən gün ETSN-lə birgə vizual baxışdan sonra belə qərara gəldik ki, alovlanmanın xarakterinə görə ehtimal olundu ki, ərazidə vulkan püskürüb.  Sonrakı tədqiqat və araşdırmalar bunu göstərdi ki, bu vulkan 8 dəqiqə püskürüb, onun yanma müddəti 20-25 saniyə çəkib. Alovun hündürlüyü təxminən 50 metr olub”./olkə.az/