Qarabağda Ermənistan hərbçisi öldü

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi ölüb.

Zafer Tv  “Report”a istinadən xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, 2002-ci ildə anadan olan Sarkis Qriqoryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.