Xankəndində ÇAXNAŞMA – Azərbaycan Ordusu şəhərə girib? – Tadevosyan əhalini sakitləşdirməyə çalışır

Məlum olduğu kimi, Qarabağ bölgəsindəki Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında fəaliyyət göstərən erməni separatçı administrasiyasının nümayəndələri erməni əhalisinə xüsusi formada müraciət ediblər.

Zafer Tv erməni KİV-ə istinadən xəbər verir ki, bir gün əvvəl Xankəndinin erməni əhalisi arasında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin şəhərə girməsi ilə bağlı məlumat yayılıb. Bu məlumat sosial şəbəkələrdə də geniş əks-səda doğurub.

Şəhəri tərk etmək qərarına gələn yüzlərlə Qarabağ ermənisi arasında gedən söz-söhbətə görə, Şuşa şəhəri yaxınlığında atışma administrasiyanın bir hissəsinin Azərbaycanın qanuni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirməsi ilə nəticələnib.

Lakin separatçı administrasiyanın nümayəndəsi Hunan Tadevosyan əhalini sakitləşdirməyə tələsib və onları yeni həyata – Şuşa və Xankəndi ətrafında tez-tez atışmalara alışmağa çağırıb.

Tadevosyan deyib ki, Xankəndində kiçik bir polis qrupunun zabitləri gecə-gündüz növbədədir. Lakin erməni mətbuatının yazdığına görə, Tadevosyanın çıxışı şəhər əhalisini daha da təşvişə salıb. Və sosial şəbəkələrdə hələ də şəhərə daxil olan Azərbaycan Ordusunun bölmələri haqqında məlumat verirlər. //Konkret.az//