TƏCİLİ! Gizli müzakirələr SONA ÇATDI: Naxçıvan və Qazaxın kəndləri ilə bağlı İLGINC DETALLAR

Naxçıvanın və Qazaxın kəndləri ilə bağlı məsələ Ermənistan parlamentinin gündəmində yer alıb.

Zafer Tv xəbər verir ki, qapalı keçən iclasda Naxçıvanın 1, Qazaxın isə 7 kəndinin Azərbaycana geri qaytarılması məsələsi müzakirə olunub.

Qeyd edək ki, Naxçıvanın Kərki kəndi ilə bərabər, Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycanın anklavlarıdır.

Məlumata görə, iclasda ilginc detallar yer alıb. Bununla bağlı yaxın saatlarda mətbuata da geniş açıqlamalar veriləcəyi rəsmilər tərəfindən bildirilib. //Guninfo//