Azərbaycanda prokuror qəfildən dünyasını dəyişdi

Xocavənd rayon prokuroru Novruzov Vəli İsa oğlu dünyasını dəyişib.

Zafer Tv xəbər verir ki, mərhumun Qaynarinfo-ya ailəsindən verilən məlumata görə, 1968-cü il təvəllüdlü Novruzov Vəli İsa oğlu dünən axşam qəfildən ürək tutmasından dünyasını dəyişib.

Mərhum Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub.

Allah Rəhmət eləsin.