Rusiya və Çin liderləri birgə bəyanat imzalayıb

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin birgə bəyanat imzalayıblar.

Zafertv.az xəbər verir ki, bəyanat yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlər və qlobal davamlı inkişaf haqqında olub.

Bəyanatda Rusiya və Çinin ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən “AUKUS” birliyinin yaradılmasından ciddi narahat olduqları qeyd olunub.

“Nüvə nəhəngləri soyuq müharibə zehniyyətindən əl çəkməli və siyasətdə nüvə silahının rolunu azaltmalıdır. Rusiya və Çin ABŞ-ı Asiya-Sakit okean regionunda və Avropada yerüstü orta və qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməlidir”,- bəyanatda deyilir.