Rus həkimlər Qarabağda ermənilərə yardım göstərdi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının hərbi həkimləri keçmiş Ağdərə rayonunda tibbi reyd keçiriblər.

Zafertv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya kontingentinin həkimləri rayondakı bir kəndin 50-yə yaxın sakinini pulsuz müalicə ediblər.

Ümumilikdə isə ilin əvvəlindən Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Qarabağın 200-dən çox sakininə tibbi yardım göstərib.