Ərdoğan hökuməti toplayır: Ukrayna müzakirə ediləcək

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçiriləcək.

Axar.az xəbər verir ki, iki həftəlik fasilədən sonra keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət müzakirə olunacaq.

Bu çərçivədə NATO-nun Fövqəladə Liderlər Zirvə Toplantısı ətrafında da fikir mübadiəsi aparılacaq.