34-cü gün: Rusiyanın itkiləri açıqlandı

Müharibənin 33-cü günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, fevralın 24-dən martın 27-nə qədər düşmənin 17.200-dən çox əsgəri, 597 tankı, 1710 hərbi zirehli maşını, 303 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 127 təyyarə, 129 helikopter, 1.178 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq sisterni, 71 PUA, 21 xüsusi texnika, 4 ədəd taktiki raket kompleksi məhv edilib.