Səhiyyə Nazirliyində maliyyə yoxlaması aparılır – RƏSMİ

Hesablama Palatası Səhiyyə Nazirliyində yoxlamalara başlayıb.

Bu barədə Səhiyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Azərbaycan Respublikası Hesablama Palatası 2022-ci ilin İş Planına əsasən “Böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyatə keçirilən fəaliyyətin auditinə dair” səmərəlilik auditi olaraq kənar dövlət maliyyə nəzarəti tədbirini həyata keçirir”, – rəsmi məlumatda bildirilib.