Rusiya köhnə sovet texnikasından istifadə edir

Rusiya Ukraynaya qarşı müharibədə artıq köhnəlmiş sovet hərbi texnikasından istifadə etməyə məcbur olub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Ukraynanın qətiyyətli müqaviməti və dayanıqlılığı Rusiyanın məqsədinə çatmasına mane oldu. Müharibə zamanı verdiyi ağır itkilər Rusiyanı şəxsi heyətini və hərbi texnikasını yeniləməyə məcbur edib”, – məlumatda qeyd olunub.