Rusiyaya neft və qaz embarqosu tətbiq edəcəyik – AB

Rusiyaya neft və qaz embarqosu ilə bağlı gec-tez qərar veriləcək, çünki AB bu ölkədən enerji asılılığını dayandırmaqda qərarlıdır.

Axar.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

“İndiyədək bir çox konkret ehtiyat tədbirləri görmüşük. Bu, yetərli deyil, ona görə də biz Rusiyaya təzyiqləri artırmaq üçün daim çalışırıq”, – Mişel bildirib.