“Barselona” qapıçısının gedişinə razılıq verdi

İspaniyanın “Barselona” klubu qapıçısı Netonun gedişinə razılıq verib.

ZaferTv.az apasport.az-a istinadla bildirir ki, Kataloniya təmsilçisi mövsümün sonunda braziliyalı qolkiperlə yollarını ayıracaq.

Əsas heyətə düşə bilməyən 32 yaşlı oyunçu qış fasiləsində ayrılmaq istəsə də, baş məşqçi Ronald Kuman buna icazə verməmişdi. Lakin niderlandlı mütəxəssis yayda Netonun istəyinə qarşı çıxmayacaq. İspanlar onun transferindən təxminən 15 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Neto “Barselona”ya 2019-cu ildə “Valensiya”dan keçib