İranda koronavirusa qarşı peyvəndlənmə bu həftə başlayacaq

Səhiyyə və Tibbi Təhsil Nazirliyinin prioritetlərinə əsasən koronavirusa qarşı peyvəndləmə bu həftə İranda başlayacaq.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bu barədə İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə milli qərargahın iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa qarşı peyvəndləmə fevralın 10-dan əvvəl başlayacaq:

“Ölkədəki bütün təşkilatlar koronavirusa qarşı peyvəndləməyə hazırlaşıblar və xoşbəxtlikdən peyvəndin ilk partiyası artıq gəldi”.