Şəhidlik statusunun verilməsi bu orranlara aiddir

Şəhid statusunun verilməsi səlahiyyəti güc strukturlarına aiddir.

Avrasiya.net-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həlak olan əsgər heyətinə şəhid statusunun verilməsi səlahiyyəti Səfərbərlik Xidmətinə, zabit heyətinə şəhid statusu verilməsi Müdafiə Naziriyinə aiddir:

“Status verildikdən sonra imtiyazların həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şamil olunub”.