Bəzi kitablarda “iki fəcr” (Günəş doğuşu) ifadəsinə rast gəlirik. Bunun mənası nədir?

Astronomik baxımdan Günəşin doğuşu iki mərhələdə baş verir. Əvvəlcə şərq istiqamətində üfüqdə yuxarıya doğru yönəlmiş şaquli işıqlı zolaq görünür. Xalq dilində buna qurd qulağı deyirlər. Şəriətdə bu, fəcri-kazib, yəni yalançı Günəş doğuşu adlanır. Bu, hələ sübh azanının vaxtı deyil.

Bundan bir neçə dəqiqə sonra həmin ağ zolaq üfüq xətti boyunca bərabər paylanır və üfüqi şəkildə işıqlı zolaq müşahidə edilir. Buna şəriətdə fəcri-sadiq, yəni doğru fəcr deyirlər. Sübh namazının azanı bu zaman verilir. Bəzi şəriət kitablarında bu iki zamanı birlikdə “fəcreyn”, yəni iki fəcr şəklində qeyd edirlər, bəzi kitablarda isə onlar arasındakı zaman bölümündən (beynəl-fəcreyn) bəhs olunur./islam.az