Çempionlar Liqası: 10 komanda pley-offa yüksəldi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşib.

Azərbaycan təmsilçisi “Qarabağ” Macarıstanda “Ferenstvaroş”a 3:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Ağdam təmsilçisi növbəti raundda Moldova “Şerif”ini mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gələcək.

Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan “Lüdoqorets”ini sınağa çəkib. İlk matçda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri cavab görüşündə də rəqibinə şans verməyib – 4:2. “Dinamo” pley-off-da Norveçin “Bude Qlimt” komandası ilə görüşəcək.

“Qarabağ”, “Viktoriya” və “Dinamo” ilə yanaşı, İsrailin “Makkabi” (Hayfa), Serbiyanın “Srvena Zvezda”, Portuqaliyanın “Benfika”, Niderlandın PSV, Ukraynanın “Dinamo” (Kiyev) və Şotlandiyanın “Reyncers” klubları da pley-offa adlayıblar.