Çin-ABŞ qarşıdurması və dağıdıcı silahlar: Geriyə addım atan olacaqmı?

Co Baydenin ABŞ prezidenti seçilməsindən sonra qarşıdurmanın artması Çin ordusunun texnoloji baxımdan hansı səviyyədə olduğu haqda sualları ortaya çıxarır. Səsdən 20 dəfə sürətli raketlərdən, ağlagəlməz texnologiyadan istifadə edən Çin ordusunun real gücü tədricən ortaya çıxır. Nüvə başlıqlı raketlərdən, 1,5 milyarda yaxın vətəndaşlarını nəzarət altında saxlayacaq agentura şəbəkəsinə və süni zəkadan istifadə etmək qabiliyyətinə malik olması ilə Çin sadəcə ABŞ-ın deyil, dünyanın gözünü qorxutmağa başlayıb.

Teleqraf.com xatırladır ki, dünyanın bir nömrəli qapalı ölkəsi olan Çinin hərbi qabiliyyəti qayğılarla müşahidə olunur. Məlumatsızlığın da gətirdiyi narahatlıqlarla dünya Çin ordusunun qırmızı xəttinin nədən ibarət olmasına maraq edir.

Nüvə silahı

Ümumən Çinin 350 nüvə başlığına sahib olduğu təxmin olunur. Bunlardan 204-ü qurudan atılan uzun mənzilli raketlərdən, 48-i sualtı qayıqlardan və təyyarələrdən, 20-si ağır bombalardan ibarətdir.

Pentaqonun son hesabatlarında Pekinin Rusiya və ABŞ-ı keçib arxada qoymaq ehtirasının yaxın 10 ildə nüvə silahını iki dəfə artırmağı planlaşdırdığından xəbər verir. Bu silahların əksəriyyəti dövlətə məxsus Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən hazırlanır.

İnkişaf etmiş texnoloji zireh

Bu, böyük müdafiə və istehsal potensialına sahib inqilabi bir məhsuldur. Atom qalınlığı və insana məlum olan incə və yüngül material olan qrafen istiliyi ötürür, işığı udur və poladdan 200 qat daha güclüdür.

Çin Xalq Respublikasının lideri Si Cipinin laboratoriyalara səfərindən sonra bu məhsul İngiltərədəki Mançestr Universitetinin tədqiqatçıları tərəfindən 16 il əvvəl icad olunub. Hərbi tətbiqetmələrdə – ballistik raketlərin üzlənməsi, yüksək hərarətə məruz qalan hipersəsli avtomobillərdə, nəqliyyat vasitələrinin kamfulyajı və əsgərlər üçün bədən zirehlərinin hazırlanmasında istifadə edilir. Məsələn, Çinin hesabatlarında göstərilib ki, Boeing-in “Apaçi” model helikopterlərinə rəqibi olan Z-10 hücum helikopterləri Pekinin Aviasiya Materilları İnstitutunda hazırlanan qrafen zirehi ilə təchiz olunub. Bu institutun İngiltərənin üç məşhur universiteti ilə əlaqəsi var və bu elm mərkəzləri əsasən aviasiya sənayesində qrafendən istifadə tədqiqatlarında ixtisaslaşmış iki mərkəzlə əməkdaşlıq edir.

Çin mətbuatı Pekinin Cənubi Çin dənizində inşa edilən süni adalardakı hərbi obyektlərin qrafen örtüklərdən istifadə planlarını, mübahisəli şəkildə nüvə raketləri ilə silahlanmış “Jin” tipli ballistik raket sualtı qayıqlarını yerləşdirdiyini bildirib.

Hipersonik raketlər

Çinin səsdən 20 qat daha sürətli hipersəsli raketlər istehsal etmək üçün çox böyük maliyyə xərcləməsi hamını heyrətləndirir. Bir sıra analitiklər bəşəriyyətin bu cür ölümcül silahlara reaksiya vermə qabiliyyətinin yetərsiz olacağından və onlardan qorunmanın yeganə yolunun süni zəka və kompüter sistemlərinə güvənməkdən ibarət ola biləcəyini narahatlıqla ifadə edirlər.

Ləğv edildikdən bir neçə dəqiqə sonra sürpriz hücumlar təşkil etməklə yanaşı saniyədə beş kilometr sürətlə gedə bilən bu silahlar müharibə üçün “şərtləri dəyişdirən” alətlər kimi xarakterizə olunur. Nüvə başlığı daşıya bilən belə raketlər insanlara, nəqliyyat vasitələrinə və binalara hücum edəcəyi təqdirdə hansı durumun yaranacağı isə bağlı ciddi suallar yaradır. Yeri gəlmişkən, üç il əvvəl Pekin hökuməti bu cür silahları sınaqdan keçirmək məqsədilə səs sürətinin 25 qatına qədər simulyasiya edən külək tuneli qurduğunu qeyd edib. İddia edilib ki, bu sınaqlar üçün hipersəsli raketlər 6 dəqiqəlik sınaq uçuşları həyata keçirib. Hipersəsli silahların inkişaf etdirilməsinin mürəkkəbliyi-qabaqcıl sensorlar, rabitə sistemləri və yenilikçi itələmə metodlarından istifadə etməklə atom bombası hazırlamaqla müqayisə olunur.

ABŞ-da “Ulduz Döyüçşləri” üslublu silahlar olsa da, ABŞ Strateji Komandanlığının komandiri general Con E. Hyten üç il əvvəl Senatın komitəsində “belə bir şeyin istifadəsinə maneə yarada biləcək müdafiə sistemimiz yoxdur” ifadəsini işlətməsi reallıqları ortaya çıxarmağa işıq tutur.

Dronlar Ordusu

Pekin hökuməti hədəflərini gücləndirmək məqsədilə səmada “intihar” dronları hazırlayır. Bu dronlar bir-birilə rabitə əlaqəsi qurur və hərəkətlərini insan müdaxiəsi olmadan koordinasiya edə bilir. Bu öncədən proqramlaşdırılmış və ya uzaqdan idarə olunması lazım olan mövcud dronları əvəz edən müxtəlif silahlarla robort müharibələri dövrünün siqnalı sayıla bilər. İngiltərə və İsrail bu cür texnologiya üzərindən işləyir. İngiltərə ötən ay belə 20 dronu sınaqdan keçirib.

Casus texnologiyası

Çində son dövrlər ən “məxfi” tendensiyalardan biri 1,4 milyard vətəndaşının hərəkətlərini, düşüncələrini və sözlərini daim izləyərək idarə etməyə çalışan nəzarət dövlətinin yaradılmasıdır. İnsanlar əsasən böyük küçə kameraları, üz tanıma texnologiyası, biometrik məlumatlar, rəsmi qeydlər, süni intellekt resursları vasitəsilə izlənilir. Bunun bariz nümunəsi uyğur türklərinin günün 24 saat nəzarətdə tutulduğu Sincan əyalətidir. Bu şəbəkə İngiltərənin yeddi universiteti ilə araşdırmalara dəstək verən dövlətə məxsus Çin Elektron Texnologiya Korporasiyası tərəfindən hazırlanıb.

Çin universitetləri və Azadlıq Ordusu Çin lideri Sinin qlobal üstünlük hədəflərinin bir parçası olaraq ölkənin hərbi gücünün artırılmasındakı mərkəz rol oynayan universitetləri də əhatə edən “Hərbi-mülki birləşmə” strategiyası tətbiq olunub və bu universitetlərin uğurlarını Azadlıq Ordusu ilə bölüşməyi şərtləndirir.

Milli Müdafiə Texnologiyaları Universiteti ordu tərəfindən nəzarət edilən və hipersəsli silahlar, dronlar, super kompüterlər, radar və naviqasiya sistemlərində ixtisaslaşmış böyük tədqiqat müəssisəsidir. Üstəlik dünyanın 8 universiteti ilə yaxın əlaqələrə malikdir. Həmçinin Hava və Astronavtika Univerisitetindən bəhs etmək mümkündür.

Harbin Texnologiya İnstitutu ölkənin aparıcı ballistik raket istehsalçısı ilə ortaq bir tədqiqat laboratoriyasına malikdir.

Çin-ABŞ münasibətləri

ABŞ-da hakimiyyət dəyişdikdən sonra Prezident Co Bayden Çinə meydan oxumağa başladı.Açıq elan etdi ki, ABŞ-ın bir nömrəli qlobal rəqibi Çindir

Rəsmi Pekin isə müstəqilliyini qəbul etmədiyi Tayvan səmalarında qırıcılar uçurub, elan edib ki, ABŞ-ın USS Teodor Ruzvelt gəmisi mübahisəli Cənubi Çin dənizində olduğu müddətdə azı 15 dəfə hava sahəsi pozulub.

Analitiklər Çinin gövdə nümayişi ilə Baydenin Tayvana verəcəyi dəstəyi test etdiyini düşünür.

BBC-nin Tayvan müxbiri Cindi Sui hesab edir ki, “Bayden üçün güclü mesaj verilib”. Onun fikrincə, Pekin hökuməti artıq “arxa bağça” kimi gördüyü bölgədə qırıcılarını uçuraraq eyni zamanda Tayvan lidrinə sərt xəbərdarlıq edir. Son həftələrdə gərginləşən münasibətlər konteksində Vaşinqtonun geri addım atmayacağı, gərginliyi körükləyəcəyi ehtimal olunur. Məsələn, ABŞ donanmasının USS “Con S.McCain” gəmisi Çinin iddia etdiyi Şişa adalarının sularına daxil olub. Halbuki Çin yayımladığı 1974-cü il xəritə ilə Cənubi Çin dənizinin 80 faizinə qədərinə iddia edir.