İranlı mütəxəssis yenidən Azərbaycanın taekvondo millisinə rəhbərlik edəcək

Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, iranlı mütəxəssis bu postda Məmməd Abdullayevi əvəzləyib.

Abdullayev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında yığma qaneedici nəticələr göstərə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.

Elnur Amanov Mehmandustun köməkçisi təyin edilib.

Qeyd edək ki, Azərbaycanın kişi taekvondoçuları İslamiadada 1 gümüş və 1 bürünc medal qazanıblar. Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) isə bürünc medala sahib çıxıb. Azərbaycan Taekvondo Federasiyası iyunun 23-də Mehmandustla yolların ayrıldığını açıqlamışdı.