Səfər üçün atasını “öldürən” müğənni: “Məcbur qaldım” – VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Vüsal Əliyev olub.

ZaferTv.az bildirir ki, sənətçi illər öncə atasının ölüm xəbərini yaymasının əsl səbəbini açıqlayıb:

“1992-ci il idi, 16 yaşım vardı. Bir nəfər dedi ki, Sədərək rayonunun 6 postunu alıblar. Atamgil orada, mən Bakıda. Dərhal hava limanına yollandım. Orada 2-ci mərtəbəyə qalxdım, qapıda “baytar həkim” yazısını gördüm. 10-cu sinifdə oxuduğuma baxmayaraq baytar həkimin nə oldunu bilmirdim. İçəri daxil olub dedim ki, atam rəhmətə gedib. Naxçıvana getməliyəm. O zaman ora getmək çətin idi. Məni pulsuz təyyarəyə mindirib, göndərdilər. Məcbur qalıb bu addımı atmışdım”.