“Azərbaycan Ali Hərbi Məktəbində əcnəbilər də təhsil alır” – Füzuli Salahov

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ölkə vətəndaşlarımızla bərabər Qırğızıstan, Tacikistan və Əfqanıstan vətəndaşları da təhsil alır.

Zafer TV  Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Füzuli Salahov deyib.

Onun sözlərinə görə, hər il digər dövlətlərdən də burada təhsil almaq üçün müraciətlər olunur:

“Bu da bizim məktəbin potensialını göstərir”.