Çavuşoğludan Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəni ölümünün 12-ci ildönümü münasibətilə anıb.

Zafer Tv xəbər verir ki, XİN rəhbəri bu barədə tvitter hesabında paylaşım edib.”Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadəni vəfatının 12-ci ildönümündə hörmət və rəhmətlə anıram. Şeirləri bütün könül coğrafiyamızda əks-səda verməyə davam edəcək”, – M.Çavuşoğlu bildirib.Qeyd edək ki, Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə, 83 yaşında vəfat edib.