Qara gavalı qurusunun müntəzəm istifadəsi bağırsağın fəaliyyətini yaxşılaşdırır və xərçəng də daxil olmaqla onu xəstəliklərdən qoruyur.
Xarici diyetoloqlar Erin Kenni və Ceymi Miller “Shape” portalında qara gavalının bağırsaq sistemi üçün faydalarından bəhs edilər.
Zafer Tv modern.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu quru meyvə bağırsaqların peristaltikasına və boşalmasına müsbət təsir edir.”Quru gavalı qəbizliyin qarşısını alan yüksək sellüloz tərkibli məhsuldur. Bu quru meyvənin tərkibi, həmçinin sorbitol və xlorogen turşusu ilə zəngindir”, – deyə ekspertlər izah edirlər.
Mütəxəssislər qara gavalının tərkibindəki manqanın, eləcə də misin iltihab prosesi ilə əlaqəli zədələrdən sağlam hüceyrələri necə qoruduğunu izah ediblər. Onlar, həmçinin əlavə ediblər ki, bu quru meyvənin tərkibindəki antosiyan maddələr yoğun bağırsaqda xərçəngin inkişaf etmə riskini azaldır.
Diyetoloqlara görə, əks göstəriş olmadığı təqdirdə, gündə bir və ya iki quru meyvə yemək optimal sayılır. Mütəxəssislər qara gavalı qurusunun digər əhəmiyyətli üstünlükləri sırasında onun ürəyin fəaliyyətinə müsbət təsir göstərməsi ilə yanaşı, sümükləri möhkəmləndirməsini də qeyd ediblər.