Məcburi köçkünlərin imtiyazları ləğv edilib? – AÇIQLAMA

Məcburi köçkünlərin statusu hələlik ləğv edilməyib

Zafer TV ölkə.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Musa Quliyev  bildirib.

O deyib: “Köçkünlər evlərinə qayıdan günə kimi indiyə qədər onlara verilən status və imtiyazların hamısı qalacaq. O cümlədən, məcburi köçkünlər övladlarına şamil edilən statuslardan da yararlanacaqlar”