Son Dəqiqə: Əhaliyə bəd xəbər – Bunlar da bahalaşdı -Rəsmi

Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur.

Zafer Tv Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var. 

Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl  soğanın qiyməti 30-50 qəpik civarında idi.

Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.

Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.

8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.