Azərbaycanlı aktyorun evində partlayış olub, vəziyyəti ağırdır

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıb.

Zafer Tv Qafqazinfo-a istinadən bildirir ki, bu barədə Əməkdar artist Elnur Kərimov feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, C. Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.