Azərbaycanla birgə layihəmiz olacaq – Selçuk Bayraktar

Türkiyə Texnologiya Fondu olaraq Azərbaycanda startapçılarla ortaq layihələr həyata keçirməyi düşünürük.

Zafertv.az Trend-ə istinadən bildirir ki, bunu türkiyəli iş adamı, “Bayraktar” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar deyib.

O bildirib ki, bununla əlaqədar olaraq yaxın zamanlarda təmaslar olacaq:

“Bizim “Texnofest” olaraq kodlama kimi sahələrdə təlimlər keçirmək planlarımız var. Ümid edirik ki, ödənişsiz təlimlərimz Azərbaycanda tez bir zamanda başlayacaq”.