Çin kasıb ölkələr üçün 10 milyon doza vaksin verəcək

Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX beynəlxalq mexanizminə 10 milyon doza koronavirus vaksini təqdim edəcək.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.

O bildirib ki, vaksinlər ÜST-ün müraciəti əsasında təqdim olunacaq. Vaksinlərin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələr arasında paylanacaq.