Xalq ayağa qalxmağa hazırlaşır

Xaçmaz rayonu, Qımıl kəndində xalq ayağa qalxmağa hazırlaşır.

Zafer Tv BAXAR.AZ- istinadən xəbər verir ki, buna səbəb kənd bələdiyyəsinin kəndin mərkəzindəki “Şəhidlər Bulağı” nın yerləşdiyi ərazini satmasıdır.Kənd bələdiyyəsinin abidəni – gözdən uzaq – məscidin həyətinə qoyacağı barədə məlumatlar dolaşır.

Kənd sakinləri rayon icra hakimiyyətinin qarşısına yürüş etməyi planlaşdırırlar.

İstirahət günü olduğu üçün qarşı tərəflə əlaqə saxlaya bilmədik.