İkinci Qarabağ müharibəsi ilə bağlı SENSASİON FAKT AÇILDI – 12mindən çox insan… – SİRLƏR AÇILIR

Ermənistanın “Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

Hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.

Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.

“Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir.

Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, – qəzet qeyd edib.”Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.

//Report