Bakı-Sumqayıt yolunda “TIR” dəmir arakəsmələrə çırpılıb – VİDEO

Bakı-Sumqayıt yolunda “TIR” qəza törədib.

Zafer TV APA-ya istinadən bildirir ki, yük avtomobili manevr edərkən dəmir arakəsmələrə çırpılıb. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Yolda qəza səbəbindən tıxac yaranıb.

Araşdırma aparılır.