Fələstin Qarabağ müharibəsinə münasibət bildiribmi?

Son günlər Fələstin-İsrail münaqişəsi ilə bağlı Azərbaycan ictimaiyyətində Fələstin-Azərbaycan münasibətləri müzakirə mövzusuna çevrilib…

Zafer Tv inter.az-a istinadən xəbər verir ki, Son günlər Fələstin-İsrail münaqişəsi ilə bağlı Azərbaycan ictimaiyyətində Fələstin-Azərbaycan münasibətləri müzakirə mövzusuna çevrilib.

Bəzi sosial şəbəkə istifadəçiləri, hətta media qurumları əsassız olaraq Birinci və ikinci Qarabağ müharibəsində Fələstinin ermənilərin tərəfində olduğunu iddia edirlər. Hətta Fələstin liderlərinin adından heç bir əsası olmayan fikirləri tirajlayırlar.

Lakin faktlar bunun əksini deyir.

Çox güman ki, Azərbaycan ictimaiyyəti Həmas hərəkatının və Qəzza hökümətinin 44 günlük Vətən müharibəsində Azərbaycanı qələbə münasibəti ilə təbrik etdiyinindən məlumatsızdır. Bu barədə Həmas sözçüsü Sami Əbu Zühri rəsmi twitter səhifəsində paylaşım etmişdir.

Təbrikdə deyilir:

“Azərbaycanın döyüşərək əldə etdiyi zəfəri və torpaqlarını geri qaytarmasını təbrik edirik. Bu, bütün işğalların təbii nəticəsidir. Azərbaycan xalqının sabitlik və rifaha qovuşmasını ümid edirik. Türkiyənin Azərbaycanın haqlı mübarizəsində arxasında dayanmasını təqdirlə qarşılayırıq”, –  paylaşımda deyilir.

Nümunə olaraq qardaş Türkiyə mediasının bu barədə dərc etdiyi xəbərlərin linkini təqdim edirik:

https://www.yeniakit.com.tr/

https://www.aa.com.tr/

https://www.aa.com.tr/