“Müəllimlər də vaksinasiyadan keçəcəklər” – Şöbə müdiri

Müəllimlərin vaskinasiya prosesi plandadır.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, müvafiq qurumlar bu prosesi öz planlarına uyğun həyata keçirəcəklər:

“Məlumdur ki, müəllimlər də risk qrupuna daxil olan şəxslərdəndirlər. Onlar da, ilk növbədə, vaksinasiyaya cəlb olunacaq”.