Hikmət Hacıyev NATO rəsmisilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb.

Zafer Tv xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.