ABŞ Konqresində erməniləri dəstəkləyən RƏŞİDƏ kimdir? (VİDEO)

O, Senatda Türkiyəyə və Azərbaycana qarşı küfür dolu çıxışların müəllifi kimi ad çıxarıb. 44 günlük Qarabağ müharibəsi zamanı da ermənilər üçün əlindən gələni etməkdən usanmayıb. 

 

Fələstinli Rəşidə Tlaib, ABŞ konqresində ermənilərin alovlu müdafiəçisi.
Bizim.Media xəbər verir ki, bu barədə politoloq Əli Hacızadə sosial şəbəkə hesabında məlumat verib.
“Tanış olaq, Fələstin əsilli amerikalı siyasətçi (demokratlar partiyası) Rashida Tlaib. Seçildiyi dairədə erməni seçicilər çox azdır, yəni erməni seçicilərin səslərindən asılı deyil, lakin Azərbaycana və Türkiyəyə qarşı bütün qətnamələrin tərəfdarı, qondarma “Erməni soyqırımı” məsələsinin və ABŞ – “Artsax” münasibətlərinin qurulması məsələsinin lobbiçilərindən biridir”.
Rəşidə Tlaib ABŞ-ın ermənilərin qondarma soyqırımlarını tanımasını da “haqqın” öz yerini tapması kimi dəyərləndirib.

/qaynarinfo.az/